COP29

Azərbaycanlı "Ronaldo" hakimlə mübahisə etdi, söyüşdülər - VİDEO

30 Aprel 23:40 Milli komanda 2 052
Azərbaycanlı "Ronaldo" hakimlə mübahisə etdi, söyüşdülər - VİDEO

Azərbaycan II Liqasında XXIII turun oyunları keçirilib.

"Şəki Siti" doğma meydanda "Cəbrayıl"ı qəbul edib.

Qonaqların 3 xalın qapısını erkən aralayıb. Tapdıq Əhmədovla Elşad Əliyev 12-13-cü dəqiqələr aralığında hərəyə bir dəfə fərqlənərək, ev sahiblərinin əl-ayağını soyudub.

600-ə yaxın azarkeşin dəstəyi ilk yarım saatda «Şəki»nin karına gəlməyib. Yalnız 33-cü dəqiqədə penalti vurmaq imkanı əldə ediblər və Tural Məmmədzadə fürsəti qaçırmayıb.

Son vaxtlar əla forma yığan və vurduğu qolları Ronaldosayağı qeyd etməsiylə mətbuatın ilgisini özünə çəkməyi bacaran Məmmədzadə bir də 30 dəqiqə sonra diqqət mərkəzinə düşüb.

O, Mahmud Bağırzadənin verdiyi sarı vərəqəylə razılaşmayıb, baş hakimlə mübahisəni davam etdirib. Belədə önündə daha bir kart görüb və meydandan uzaqlaşdırılıb.

Kadrlardan görünür ki, tərəflər arasında əməllicə söyüşmə olub. Referinin üz cizgilərindən görünür ki. o da «dilini dinc saxlamır», futbolçunun ünvanına nələrsə deyir.

Azlıqda qalan şəkililəri bir də Nurlan Quliyev cəzalandırıb. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 49-a yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 35 xalı olan "Şəki Siti" isə 7-ci yerdədir.

SPORTİNFO.AZ

Şəki şəhər stadionu. 550 tamaşaçı
Baş hakim: Mahmud Bağırzadə
Baş hakimin köməkçiləri: Tərlan Talıbzadə, Rasim Axundov
Dördüncü hakim: Vüqar Alıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqələr: Süleyman Rauflu, 37 (qeyri-idman hərəkəti); Elçin Ramazanov, 42 (qeyri-idman hərəkəti); Tural Məmmədzadə, 63 (hakimin qərarına etiraz) // Fərman Bayramov, 32 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Tural Məmmədzadə, 63 (hakimi təhqir etdiyinə görə)
Qollar: Tural Məmmədzadə, 33 (p.) // Tapdıq Əhmədov, 12; Elşad Əliyev, 13; Nurlan Quliyev, 85
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.

“Sheki City”

62. Elnar Şabanov
4. Süleyman Rauflu
14. Elçin Ramazanov (k)
55. Nəriman İmayətov
27. Yusif Dilanov
9. Tural Məmmədzadə
21. Elşən Mustafayev
33. Tamerlan Rizvanov
7. Xaliq Şabanov
77. Ramin Məmmədov
60. Tunar Səlimov
(8. Yusif Cəfərov, 46)
Ehtiyat oyunçular:
12. Emil Mustafayev
22. Eldəniz Əliyev
Baş məşqçi: Firuddin Mövsümov

“Cəbrayıl”

1. Fərman Bayramov
28. Cavid Tağıyev
4. Vüsal Səfərov
44. Samir İbrahimov
7. Tapdıq Əhmədov
(9. Ruslan Voronsov, 46)
13. Elşad Əliyev (k)
(17. Nurlan Quliyev, 65)
19. Məhərrəm Orucov
33. Hüseyn Novruzov
22. Əli Nəcəfli
77. Zahir Mirzəzadə
11. Polad İbrahimov
(14. Əliəkbər Şəbiyev, 73)
Ehtiyat oyunçular:
12. Nurlan Quluzadə
23. Həsən Həsənli
25. Baxşəli Baxşəliyev
Baş məşqçi: Cavid Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti