COP29

AFFA xaricdəki azərbaycanlını milliyə cəlb etmək istəyir

30 Aprel 08:50 Milli komanda 1 061
AFFA xaricdəki azərbaycanlını milliyə cəlb etmək istəyir

“Dnepr-1”in futbolçusu Ramik Hacıyev Azərbaycan millisinə cəlb edilə bilər.

Sportinfo.az “XSPORT.ua”ya istinadən xəbər verir ki, mayın 18-də Ukraynada səfərbərlik haqqında yeni qanun qüvvəyə minir və buna əsasən, 18 yaşdan 60 yaşa qədər bütün ukraynalı kişilər h

Ukraynalı həmkarlarımızın iddiasına görə, bununla bağlı Hacıyev Azərbaycan vətəndaşlığını qəbul edib, eyni zamanda da Ukrayna pasportundan imtina etmək istəyir.

Ukraynada ikili vətəndaşlığa icazə verilmədiyi üçün Ramikin AFFA-nın təklifini qəbul edəcəyi gözlənilir.

Yerə gəlmişkən, əlavə edək ki, AFFA-nın milliləşdirmək istədiyi futbolçu bir müddət əvvəl Hacıyev sportal.az-a açıqlamasında bunları demişdi:

“Bəli, əslən azərbaycanlıyam. Həm anam, həm də atam oradandır.

Sadəcə, iki yaşım olarkən ailəmlə birlikdə Azərbaycandan Ukraynaya gəlmişik".

Futbolçu həmin vaxtı Azərbaycan, yoxsa Ukrayna yığmasına üstünlük verəcəyi ilə bağlı çox danışmaq istəməməsinə belə aydınlıq gətirmişdi:

"Mən hələ ki, oynamalıyam. Oynamağa başlayandan sonra danışaram".

Digər Xəbərlər
Xəbər Lenti
20 May 08:50 Mahir döndü - VİDEO
20 May 03:00 "Sabah" revanş aldı