Yığmamız tacikləri yalnız "lotereya"da üstələyə bildi

29 Aprel 2024 02:00 Milli komanda 905
Yığmamız tacikləri yalnız "lotereya"da üstələyə bildi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, milli üçüncü matçında Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüşün 90 dəqiqəsi 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında Azərbaycan millisi 3:1 hesablı qələbə qazanıb.

U-17-nin heyətində qollara 10-cu dəqiqədə Əli Qazıbəyov, 13-cü dəqiqədə isə Ümid Səlimov imza atıblar.

U-17 ilk iki oyununda Belarus yığmasına 0:4, Özbəkistan kollektivinə isə 0:2 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO