COP29

"Ona Azərbaycan millisinə dəvət etdilər, təəccübləndi"

22 Aprel 14:20 Milli komanda 2 229
"Ona Azərbaycan millisinə dəvət etdilər, təəccübləndi"

Futbol skautu Miron Hoyxman Göyxman Qazaxıstan Futbol Federasiyasının vaxtlə Dmitri Nazarovun Qazaxıstanın bu ölkənin komandasında çıxış etmək şansını əldən verməsindən, onun Azərbaycan millisinə cəlb olunmasından danışıb.

Sportinfo.az xəbər təcrübəli ekspert "Fergana.media" portalına açıqlamasında təcrübəli futbolçunun milliləşdirilməsini də şərh edib:

"Qazaxıstan millisi Dmitri Nazarovu Azərbaycana uduzdu. Necə? Bu, 2013-cü ildə baş vermişdi.

Nazarov “Karlsrue”də əvvəlcə 3-cü liqada, sonra isə 2-ci Bundesliqada çıxış edirdi. Qazaxlara təklif etdim ki, yaxşı futbolçu var, Qazaxıstanda doğulub, millidə oynamaq istəyir.

Onlar bu variantı çox uzun vaxt düşündülər. Nəvaxtsa azərbaycanlılar bu futbolçudan xəbər tutublar.

Təsadüfən hansısa matçda onu Azərbaycan millisinin o vaxtkı baş məşqçisi Berti Foqts görmüşdü. Foqts ona Azərbaycan millisində oynamağa dəvət etdi.

Həmin vaxtı Nazarov bundan təəccüblənmişdi. Çünki onun Azərbaycanla heç bir əlaqəsi yox idi.

Foqts həmin vaxtı deyib ki, problem yoxdur, hər şeyi yoluna qoyacağıq.

Nazarov özü mənə zəng edib nə edəcəyini soruşurdu. Foqts israrla istədi, qazaxlar isə bu haqda düşünürdülər.

Nəticədə yaxşı futbolçunu itirdilər. Amma Azərbaycan sənəd işlərinə start verəndə, Qazaxıstandakılar ayıldılar.

Mənimlə əlaqə saxlayaraq Nazarovu milliyə dəvət etməyə başladılar. Və hətta heç bir konkretlik olmadan.

Amma artıq çox gec idi. Azərbaycan onu necə milliləşdirə bildi? Onun dediyinə görə, babası azərbaycanlıdır. Ancaq təfərrüatları dəqiq bilmirəm".

2014-cü ildə Azərbaycan millisində debüt etmiş Dmitri 46 matçda 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti