![Azərbaycan millisinin sabiq hücumçusu bura çağırıldı – İlk dəfə](https://www.sportinfo.az/media/2024/04/17/08ec562d-682d-36a5-b739-cdded3ad4331_850.jpg)
Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev minifutbol yığmasına çağırılıb.
Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Elşad Quliyev Çalışdırıcı Monteneqroda təşkil olunacaq təlim-məşq toplanışı üçün ötən gün 20 oyunçu dəvət etsə də, heyətdə bəzi dəyişikliklərə əl atıb.
Komandaya yeni cəlb olunanlar arasında “İnter”dən Rauf Əliyev də var. 35 yaşlı hücumçu 2010-2018-ci illərdə futbol üzrə Azərbaycan millisinin heyətində 46 oyun keçirib, 7 qol vurub.
Minifutbol üzrə Azərbaycan yığması aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışında olacaq. Yığma aprelin 30-da Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Monteneqro və Albaniyanın qatılacağı turnirdə iştirak edəcək.