Yığmaya 20 oyunçu çağırıldı - Aralarında tanınmışlar da var

16 Aprel 2024 20:20 Milli komanda 914
Yığmaya 20 oyunçu çağırıldı - Aralarında tanınmışlar da var

Aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışında olacaq minifutbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş məqşçi Elşad Quliyev yığmaya 20 oyunçu cəlb edib.

Qapıçılar: Davud Kərimi, Ağaseyid Qasımov (hər ikisi "Zirə"), Vəli Qafarov ("Birbaşa Bakı")

Müdafiəçilər: Müseyib Vəliyev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı "Birbaşa Bakı"), Taleh Babayev, Ramiz Çovdarov, Elşad Manafov (hamısı "Zirə")

Yarımmüdafiəçilər: Elvin Əlizadə ("Birbaşa Bakı"), Məhəmməd Xəlilov, Rəvan Kərimov, Mirkamil Əliyev (hamısı "Zirə"), Kamran Qürbətov, Təmraz Əmircanov (hər ikisi "Aznur)

Hücumçular: Eşqin Tağıyev, Mirmehdi Rzayev (hər ikisi "Birbaşa Bakı"), Samir Həmzəyev, Seymur Məmmədov (hər ikisi "Zirə"), Bəxtiyar Soltanov ("Odlar Yurdu")

Komanda aprelin 30-da Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Monteneqro və Albaniyanın qatılacağı turnirdə iştirak edəcək.

Toplanış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!