AFFA-nın yeni prezidenti: "Artıq qısa siyahı hazırlanıb, məşqçilərlə danışıq aparılıb"

12 Aprel 09:00 Milli komanda 2 245
AFFA-nın yeni prezidenti: "Artıq qısa siyahı hazırlanıb, məşqçilərlə danışıq aparılıb"

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf milli komandanın yeni baş məşqçisi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, qurumun rəhbəri artıq məşqçilərlə danışıqların aparıldığını və bu məsələnin tamamlanmaq üzrə olduğunu bildirib:

"Ötən ilin dekabr ayında bununla bağlı xüsusi komissiya yaradılıb. Artıq müəyyən qısa siyahı hazırlanıb, məşqçilərlə danışıq aparılıb.

Demək olar ki, tamamlanmaq üzrədir. Biz rəsmiləşdirilməsi vəzifəsini yerinə yetirəcəyik.

Danışıqlar artıq tamamlanır. Sadəcə, həmin zaman yeni İK-nin vaxtına düşür.

Amma yenə də müzakirə olunacaq. İstənilən qərarın verilməsində, yerli və ya əcnəbi faktoru yox, millimizdən gözlədiyimiz oyun tərzinin ön plana çıxmasıdır.

Yerli də, əcnəbi də ola bilər. Məşqçi haqda qərarı verəndə, bacarıq, baxış və dəyərləri düşünməliyik. Daha çox fokuslanmalıyıq, həmin məşqçinin bizə verəcəyi əlavə dəyər, inkişafdır".

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU