COP29

"Kimə lazımdır belə klublar? Millilərə ayrılan vəsait kəskin şəkildə azaldılmalıdır"

29 May 09:20 Milli komanda 984
"Kimə lazımdır belə klublar? Millilərə ayrılan vəsait kəskin şəkildə azaldılmalıdır"

Azərbaycan komandasının Albaniya və Qazaxıstan yığmaları ilə keçirəcəkləri yoldaşlıq oyunları üçün baş məşqçisi məlum olub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) milli komandanın müvəqqəti olaraq yenidən Albaniya (7 iyun) və Qazaxıstan (11 iyun) komandaları ilə yoldaşlıq oyunları zamanı komandaya rəhbərlik edəcək Arif Əsədova həvalə edilməsi barədə qərar qəbul edib.

Bəs Arif Əsədovun millinin daimi məşqçi kimi təsdiqlənməsi mümkünmü? Buna nə mane olur? Ölkənin futbol ictimaiyyəti, idman mütəxəssisləri bu xüsusda nə düşünür?

Sportinfo.az xəbər verir ki, tanınmış idman yazarı Natiq Muxtarlı baş məşqçinin kim olmasının önəmini görmür (musavat.com)

“Dəfələrlə demişik, Azərbaycan futbolunun problemi "millinin baş məşqçisi kim olsun" deyil. Baş məşqçinin kimliyindən asılı olmayaraq bu millinin heç bir perspektivi yoxdur.

AFFA rəhbərliyi ölkə futbolunun əsas problemlərinə köklənməlidir, “millinin baş məşqçisi kim olsun” sualı ilə baş qatmamalıdır.

Azərbaycan futbolunda infrastruktur yoxdur. İstər uşaq, istərsə də böyük futbolda. Ölkənin ikinci ən böyük şəhərinin komandası qaçqın həyatı yaşayır.

Naxçıvan boyda bölgənin komandası Bakıda məskunlaşıb. Kimə lazımdır belə bölgə komandaları? Bəs onlar niyə Bakıdadır?

Ona görə ki, infrastruktur yoxdur. İndi görün uşaq futbolunda durum necədir. AFFA rəhbərliyi millini yerli məşqçiyə tapşırmalı, açıq şəkildə də bəyan etməlidir ki, bu yığmanın heç bir perspektivi yoxdur.

Millilərə ayrılan vəsait kəskin şəkildə azaldılmalıdır. Bu maliyyə infrastrukturun qurulmasına, uşaq futbolunun inkişafına yönəldilməlidir.

İndiki vaxtda milliyə əcnəbi məşqçilər gətirib onlara milyonlar vermək xəyanətdir.

Azərbaycan futbolunun problemləri bəllidir, onların üstünə getmək, onları həll etmək üçün strategiya müəyyənləşdirmək lazımdır.

Millinin baş məşqçisi ilə bağlı manipulyasiya edənlər iş görə bilməyənlər və ya görmək istəməyənlərdir".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"