“Sportinfo”nun ŞOK XƏBƏRİ Türkiyə mediasnı “bəzədi”

6 Yanvar 16:30 Milli komanda 964
“Sportinfo”nun ŞOK XƏBƏRİ Türkiyə mediasnı “bəzədi”

“Sportinfo TV”nin aparıcı-eksperti Elçin Cəfərovun Şenol Günəşlə ilgili dünən saytımızda gedən açıqlaması Türkiyə mediasında ciddi rezonans doğurub.

Tanınmış jurnalistin iki ay öncə «Beşiktaş»dan ayrılan baş məşqçinin Azərbaycan millisində çalışmaq istəməsi, bu səbəbdən ona gələn digər təklifləri geri çevirməsi yönündə açıqlaması qardaş ölkə KİV-də böyük maraqla qarşılanıb.

«Türkiye» qəzeti başda olmaqla, bir çox mətbu orqan saytımıza istinadən həmin xəbərə öz səhifələrində geniş yer verib.

E.Cəfərov bildirib ki, Ş.Günəş gələn təklifləri Azərbaycan millisinə görə 1 aylıq təxirə salıb. Əgər ayın sonuna qədər bir irəliləyiş olmasa, digər dəvətləri dəyərləndirəcək.

O deyib ki, 2002-ci ildə Türkiyəyə dünya çempionatının bürünc medallarını qazandıran ünlü mütəxəssis ölkəmizdə çalışmaq arzusundadır.

Azərbaycan yığmsının baş məşqçi postuna əsas namizədlərdən biri kimi göstərilən Güneşin əsas köməkçilərindən biri tanınmış jurnalistə söyləyib ki, onun bütün diqqəti buradadır:

"Hoca Azərbaycanda çalışmağı çox istəyir. Bizə dediklərini olduğu kimi diqqətinizə çatdırıram.

Hazırda İstanbulda dincəlir. Bakıya dəvət xəbərini səbirsizliklə gözləyir.

Onu da deyib ki, bir neçə müddətdir boşluqdan yararlanaraq, Azərbaycan millisinin son matçlarını da izləyib, qeydlər aparıb.

Azərbaycanda çox istedadlı futbolçuların olduğunu vurğulayıb. "Qarabağ" kimi böyük uğurlara sahib komandanın heyətində çox önəmli yerli futbolçuların olduğunu xüsusilə qeyd edib.

"Türkiyə" qəzetinin yazarı Fərhat Kızıltaş isə dedi ki, Şenol Güneşi son dönəmlərdə belə həyəcanlı görməmişik".

XƏBƏRİN LİNKLƏRİ:

https://m.sporx.com/senol-gunes-in-kulagi-baku-de-SXHBQ1051207SXQ?fbclid=IwAR0zumw4vsKwSDoxovYAqzhjCuC6KLabDpIBra4rZOoSMYMHluCST6jKSBU

https://www.turkiyegazetesi.com.tr/spor/senol-gunes-teklifi-kabul-etti-imza-icin-resmi-islemleri-1012980?fbclid=IwAR1OoKIDhB5DkIz0No1_2_MwJ96-XtDcxmQ3WJ3txaDy_Xo7sGypqQYioII

https://www.yenicaggazetesi.com.tr/senol-gunes-milli-takimin-basina-geciyor-sportinfo-acikladi-752178h.htm?fbclid=IwAR3YkEdxH5jVhqQPGEs3bbgo7UTk5JJfyeEWfVyUYxB_9AabftJyvJbOdn0

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"