Rəşad Sadıqovu millidə görür: ”Bütün futbolçuların ona hörməti var”

2 Yanvar 19:25 Milli komanda 701
Rəşad Sadıqovu millidə görür: ”Bütün futbolçuların ona hörməti var”

“Milliyə kimin təyin edilməsi bizim işimiz deyil.

Bizə yerli və ya əcnəbi gətirilməsini demək doğru olmaz“.

Sportinfo.az xəbər verir ki, bu sözlər yığmamızın hücumçusu Mahir Emreliyə məxsusdur.

Zaqreb “Dinamo“sunun formasını geyinən 26 yaşlı forvard Rəşad Sadıqovun “millidə buradan çıxan yerli məşqçi olmalıdır” fikrinə reaksiya verib. O, “Zirə“nin çalışdırıcısının mövqeyi ilə razılaşdığını söyləyib:

“Onun özünə görə doğruları var. Mən də Rəşad Sadıqovla razıyam.

Hazırda adları ıçəkilən heç bir əcnəbiylə bağlı fikir bildirmək istəmirəm. Çünki heç birini şəxsən tanımıram.

Rəşad Sadıqov “Qarabağ“da mənim həm kapitanım, həm də U-21 millisində baş məşqçim olub. O, yerli futbolçuların psixologiyasını, mentaliteti bilir.

Sadıqovun milliyə gəlməsi bizim üçün xeyirli olar. Başqa uğurlu yerli məşqçilərimiz də var.

Ancaq mən onunla işləmişəm deyə, Sadıqovun adını çəkərdim. Bütün futbolçuların Rəşad Sadıqovla tanışlığı, hörməti var”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"