Azərbaycan millisinin müdafiəçisi Superliqa klubunda?

29 Dekabr 2023 19:20 Milli komanda 1 471
Azərbaycan millisinin müdafiəçisi Superliqa klubunda?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Samet Karakoç Türkiyə Superliqasında çıxış edən “Antalyaspor”a keçə bilər.

Sportinfo.az xəbər verir ki, II Liqa təmsilçisi “Isparta 32 Spor”un formasını geyinən 21 yaşlı sol cinah müdafiəçisinin oyunu Antalya klubunun baş məşqçisi Nuri Şahinin diqqətini çəkib.

Müdafiənin sol cinahının gücləndirilməsini istəyən gənc mütəxəssis bunu məhz Karakoçun sayəsində həyata keçirməyi düşünür.

“Antalyaspor”un futbolçu ilə danışıqları yekunlaşmaq üzrədir. Elita komandası tezliklə bu keçidi reallaşdırmaq niyyətindədir.

U-21 millimizin heyətində 5 oyun keçirən Samet Karakoç 2022-ci ilin ilk 6 ayında Azərbaycanda “Qəbələ”nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"