AFFA "parçalandı": Milliyə əcnəbi, yoxsa yerli məşqçi olacaq? - VİDEO

22 Dekabr 2023 16:40 Milli komanda 1 339
AFFA "parçalandı": Milliyə əcnəbi, yoxsa yerli məşqçi olacaq? - VİDEO

«AFFA rəhbərliyinin millinin yeni baş məşqçisini müəyyənləşirmək üçün tutduğu yol yanlışdır».

Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində federasiyanın Canni De Byazinin yerinə namizəd axtarışına çıxmağa tələsdiyini bildirib.

Tanınmış teleicmalçı qeyd edib ki, qurum gələn ilin martını gözləməlidir, çünki həmin vaxt burada növbəti prezident seçkiləri keçiriləcək:

«AFFA İşçi Qrupu yaradıb. Hələlik bura 5 nəfər daxildir. Qrupun sədri Elşad Nəsirov birmənalı olaraq yerli məşqçilərin əleyhinədir.

Baş katib Sərxan Hacıyev hələ mövqeyini bəlli etməyib. Vitse-prezident Vaqif Sadıqovun komandanın əcnəbiyə tapşırılmasının əleyhinə çıxmasını bilirik.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fikrət Hüseynovun da onunla eyni mövqedə dayanacağını düşünürəm.

Məncə, İşçi Qrupu martadək gözləməlidir, namizədlərin siyahısını müəyyənləşdirməklə kifayətlənməlidir. Qabaqdan AFFA prezident seçkiləri gəlir.

Bəlkə yeni prezident bunların seçdiyi baş məşqçi ilə işləmək istəməyəcək?

Bir səhv də ondadır ki, İşçi Qrupu futbolun bütün təbəqələrini əhatə edən şəxslərdən qurulmayıb. Orada ictimaiyyətin digər nümayəndələri və mətbuat işççiləri də yer almalıdır».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"