Baş məşqçi millidəki işini daha vacib saydı, klubdan ayrıldı

18 Dekabr 2023 15:00 Milli komanda 940
Baş məşqçi millidəki işini daha vacib saydı, klubdan ayrıldı

Minifutbol üzrə millinin baş məşqçisi Elşad Quliyev «Zirə»dən ayrılıb.

Bu barədə Sportinfo.az-a Azərbaycan Minifutbol Federasiyasının (AMF) mətbuat xidmətinin rəhbəri Sərxan Abışov bildirib.

Onun verdiyi məlumata görə, çalışdırıcı iki yerdə işləməyin indiki məqamda çətinlik yaradacağını nəzərə alaraq belə bir qərar verib:

«İyunda növbəti Avropa çempionatı keçiriləcək. Həmin vaxtadək komandamız bir neçə toplanış təşkil etməyi planlaşdırır.

Elşad müəllim fəal seleksiya işi aparmaq, heyəti daha da gücləndirmək istəyir. «Zirə»də işləyə-işləyə bunu etmək, bütün oyunları canlı izləmək olmur.

Qarşıdakı Avropa çempionatı bizim üçün çox vacibdir. Çünki Bosniya və Herseqovinadakı yarışa son çempion kimi yollanacağıq.

Elşad Quliyev «Zirə»dəki işini köməkçisi Asif Məstiyevə tapşırıb».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti