AFFA rəhbərliyi iki yerə parçalandı, baş məşqçi 2 aydan sonra...

17 Dekabr 2023 14:00 Milli komanda 3 223
AFFA rəhbərliyi iki yerə parçalandı, baş məşqçi 2 aydan sonra...

Azərbaycan millisinin yeni baş məşqçi yanvar-fevral aylarında məlum olacaq.

Bu barədə AFFA-dan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, Canni De Byazinin sələfini müəyyənləşdirəcək qərarın ondan tez verilməsi gözlənilmir. Səbəb hələlik namizədlərin tam siyahısının hələ tutulmaması, həmçinin rəhbərliyin istiqaməti dəqiq seçməməməsidir.

Yəni, gələcək çalışdırıcının yerli, yoxsa əcnəbi olması mövzusunda fikir ayrılığı mövcuddur.

Baş məşqçi postuna namizədlərin müəyyən edilməsi üçün yaradılan İşçi Qrupu artıq bir araya gəlib. AFFA prezidenti Rövnəq Abdullayevin müvafiq əmri ilə vitse-prezident Elşad Nəsirov İşçi Qrupunun sədri olub.

Vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və AGİN Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Fikrət Hüseynov üzv təyin ediliblər.

İşçi Qrupunun tam tərkibdə ilk onlayn iclasında ümumi fikir mübadiləsi aparılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"