“Kaş ki, belə olardı, məni Azərbaycan millisinə dəvət edərdilər”

16 Dekabr 2023 03:20 Milli komanda 2 601
“Kaş ki, belə olardı, məni Azərbaycan millisinə dəvət edərdilər”

Azərbaycanda çalışmış türkiyəli məşqçilərdən olan Güvənç Kurtar milli komandamıza rəhbərlik etmək istəyir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən 73 yaşlı məşqçi yığma komandamıza uğurlar qazandıracağına inandığını deyib:

"Türkiyəli məşqçilərin Azərbaycan millisi ilə adı yanaşı çəkilir. Mən də yığma komandanıza kömək edə bilərəm.

Əgər məni dəvət etsələr, çox köməyim dəyərdi. Kaş ki, belə olardı, dəvət göndərərdilər.

Əminəm ki, Azərbaycan millisində hamıdan daha uğurlu olardım. Böyük təcrübəm var və özümə güvənirəm.

Azərbaycan Premyer Liqasında işləmişəm, oranın futbolunu, futbolçularını yaxşı bilirəm. AFFA dəvət etsə, Azərbaycan millisində işləyərəm".

73 yaşlı mütəxəssis “Kocaelispor”, “Eskişehirspor”, “Rizespor”, “Bursaspor”, “Denizlispor”, “Rəvan”, “Adana Demirspor”, “Adanaspor” klublarında işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"