“Məni milliyə gətirin, nə desəniz, edəcəm, sözünüzdən çıxmayacam”

14 Dekabr 2023 23:20 Milli komanda 3 056
“Məni milliyə gətirin, nə desəniz, edəcəm, sözünüzdən çıxmayacam”

“Kəpəz”in sabiq baş məşqçisi Tərlan Əhmədov milliyə gəlməyə can atır.

Yaydan bəri iş tapmayam çalışdırıcı ölkənin əsas yığmasının sükanı arxasına keçmək üçün “dəridən-qabıqdan” çıxır.

O, bu məqsədinə çatmaqdan ötrü bütün əlaqələrini işə salıb.

Gəncə klubundan qalmaqalla ayrımış Əhmədov AFFA rəhbərliyində təmsil olunan fiqurantlardan biriylə əlaqə yaradıb, “məni ora gətirin, nə desəniz, edəcəm, sözünüzdən çıxmayacam” deyib.

Reaksiya? Fedarasiyanın İcariyyə Komitəsinin də üzvü olan vəzifəli şəxs onu ciddiyə almayıb, belə deyək, baş qoşmayıb. “

Tərlan Əhmədovun ipinin üstünə odun yığmaq olmaz” deyərək, köməklik göstərməkdən imtina edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"