Azərbaycan çempionu oldu, AFFA ilə danışıqlara başladı - Milli üçün

13 Dekabr 2023 12:40 Milli komanda 2 921
Azərbaycan çempionu oldu, AFFA ilə danışıqlara başladı - Milli üçün

Azərbaycan yığmasının baş məşqçi postuna daha bir namizədin kimliyi iməlum olub.

Kaxaber Sxadadze yeni siyahıda yer alıb.

2009-2014-cü illər aralığında Bakı "İnter"ini (indiki "Keşlə") çalışdırmış gürcüstanlı mütəxəssis menecerlər vasitəsilə AFFA ilə danışıqlara başlayıb.

55 yaşlı məşqçi yenidən ölkəmizə qayıtmaq üçün hər cür fədakarlığa hazır olduğunu bildirib.

Yəni, o, millimizin sükanı arxasına keçmək üçün böyük miqdarda pul istəmir. Həmçinin 3-4 illik möhlət almaq niyyətində deyil.

Kaxa ona 2 illik şans verilməsini yetərli sayır. Vaxtilə Bakı klubunda qazandığı müsbət nəticələrlə yadda qalmış Sxadadzenin hazırda işsiz olduğunu xatırladaq.

Adıçəkilən məşqçi 2015-ci ilin martından 2016-cı ilin martınadək Gürcüstan yığmasına rəhbərlik edib. O, daha sonra "Kayrat" və "Ordabası" kimi Qazaxıstan komandalarında işləyib.

2021-ci ilin mayında Tbilisi "Dinamo"suna təyinat alıb, 1 il burada qalıb. Son iş yeri Qazaxıstanda "Kaspi" olub.

2010- cu ildə "İnter"ə Azərbaycan çempionluğunu qazandırmış Sxadadzenin yaxınlarda "Kəpəz"dən gələn dəvəti geri çevirməsini də yada salaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti