Türkiyənin tanınmış yazarı Şenol Günəşdən danışdı, "Sportinfo"dan paylaşım etdi - VİDEO

12 Dekabr 2023 10:40 Milli komanda 491
Türkiyənin tanınmış yazarı Şenol Günəşdən danışdı, "Sportinfo"dan paylaşım etdi - VİDEO

Şenol Günəşin Azərbaycan millisinin başına keçəcəyinə dair xəbərlər Türkiyə mediasında geniş müzakirə olunmaqdadır.

“Türkiye Gazetesi”ndə bu informasiyanı tirajlayan Ferhat Kızıltaş "yutub“ kanalında açıqlama verib.

O, təcrübəli mütəxəssisin karyerasını bitirməyi düşünmədiyini və daha bir neçə il çalışmaq istədiyini bildirib:

“Günəş pensiyaya çıxmaq barədə düşünmür. O, daha 3-4 il meydanın kənarında qalmaq niyyətindədir.

Bunu yaxın çevrəsindən eşitmişəm. Bildiyim qədəri ilə AFFA yaxın günlərdə Şenol Günəşlə təmasa keçəcək. Təcrübəli mütəxəssis də bu təklifə müsbət yanaşır”.

Ferhat Kızıltaş Sportinfo.az-da bununla bağlı gedən xəbərə də diqqət göstərib. Tanınmış yazar şəxsi profilində saytımızın manşetini paylaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"