COP29

Heç bir yerli məşqçini klubundan ayırmaq və milliyə gətirmək olmaz - AFFA-da söhbət

11 Dekabr 2023 16:00 Milli komanda 1 654
Heç bir yerli məşqçini klubundan ayırmaq və milliyə gətirmək olmaz - AFFA-da söhbət

AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Zaur Axundovun millinin yeni baş məşqçisi ilə bağlı mövqeyi məlum olub.

Azərbaycan Futzal Federasiyasının prezidenti İK-nin toplantısı zamanı yığmanın əcnəbi mütəxəssisə tapşırılmasının vacibliyini bildirib.

O, qeyd edib ki, bu post indi birmənalı şəkildə yerli çalışdırıcılardan kiməsə tapşırılmamalıdır.

Axundov fikrini bu cür əsaslandırıb ki, üzdə olan məşqçilərimizin hamısı Premyer Liqa klublarında fəaliyyət göstərir və onları oradan ayırmaq olmaz, hansısa birinin eyni vaxtda iki yerdə işləməsi isə milliyə fayda verməyəcək.

Komitə üzvü deyib ki, ölkənin əsas komandasının başına tanınmış və təcrübəli biri gətirilməlidir, ona ən azından 2 seçmə mərhələdə şans tanınmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti