AFFA prezidenti Rövnəq Abdullayev millinin futbolçuları ilə görüşdən imtina edib.
O, AVRO-2024-ün seçmə mərhələsinin yekununa həsr olunmuş toplantının təşkili ilə bağlı federasiya rəsmilərinin irəli sürdüyü təkliflə razılaşmayıb.
Qurumun başçısı son turda Belçikaya səfərdə 0:5 hesabıyla uduzan komandanın üzvlərindən incidiyini bildirib.
İddia eləyib ki, İsveç üzərində əldə olunan 3:0 hesablı qələbə oyunçuları arxayınlaşdırıb və onlar Brüsseldə rəqibə var qüvvələri ilə müqavimət göstərməyiblər.
Millimiz qitə birinciliyinin seçmə mərhələsində 7 xal toplayıb. Komandamız qrupda yalnız Estoniyanı qabaqlayıb və müqavlə müddəti bitən Canni De Byazi bundan sonra baş məşqçi postundan ayrılıb.
SPORTİNFO.AZ