COP29

"Azərbaycan millisini ona həvalə etsələr, uğurlu çıxış edər"

5 Dekabr 2023 08:30 Milli komanda 7 646
"Azərbaycan millisini ona həvalə etsələr, uğurlu çıxış edər"

Sportinfo.az xəbər verir ki, Neftçi"də Arif Əsədovun köməkçisi işləmiş Mehmet Ak sportal.az-a açıqlama verib.

"Qarabağ"da da çalışmış Ak son illərdə Türkiyədə müxtəlif klublarda baş məşqçi kimi fəaliyyət göstərib.

O, saytımıza açıqlamasında Azərbaycan milli komandasına hansı mütəxəssisi namizəd gördüyünü söyləyib:

"Hər zaman Azərbaycan futbolunda baş verənləri izləyirəm. Milliyə də baxıram, klublara da. Gördüm ki, Canni De Byazi postundan getdi. Məncə, Arif Əsədov Azərbaycan futbolunun önəmli məşqçilərindən biridir. Onunla illər əvvəl "Neftçi"də birlikdə işləmişik. Doğrudur, çox zaman keçib. Lakin bilirəm ki, Əsədov hər zaman özünü çox inkişaf etdirib, kurslara qatılaraq kateqoriyalara sahib çıxdı. Özü də, daim dünya futbolunu yaxından izləyir. Onunla tez-tez bu yöndə danışıqlarımız olur. Öz inkişafı üçün addımlar atan, yeni metodlar üzərində çalışan çox ciddi məşqçidir. Azərbaycanda "Neftçi"də çempion olmuşduq. Arif Əsədovun Azərbaycan futboluna xeyir verəcəyini düşünürəm. Ölkə futbolunu yaxşı bilir, aşağı yaş qruplarındakı uşaqlar haqda məlumatlıdır, məşqçiləri tanıyır, oyunçuların fiziki və psixoloji durumlarına yaxşı bələddir. Onsuzda, son vaxtlarda Azərbaycan millisində köməkçi məşqçi vəzifəsində çalışırdı. Dünya futbolunda belədir: baş məşqçi işindən ayrılırsa, yeni namizəd onun köməkçisi olur. Azərbaycan futbolunu və milli komandanı bildiyi üçün, Arif Əsədovun baş məşqçi təyin olunması üstünlükdür. Nəticədə, əcnəbilərin gəlib etdikləri ilə gedərkən ortaya qoyduqları arasında çox böyük fərq olmur".

Akın fikrincə, milli komanda yerli mütəxəssisə tapşırılmalıdır: "Dünya futbolunda tendensiya halını alıb, millinin baş məşqçi postu elə həmin ölkədən olan mütəxəssisə həvalə edilir. Türkiyədə Vinçentso Montello və ya Ştefan Kuntz dövrü oldu. Amma milliyə Avropa və dünya çempionatlarında bütün uğurları türkiyəli məşqçilər qazandırdı. Millini Arif Əsədova həvalə etsələr, Azərbaycan millisi uğurlu çıxış edər. Ona və Azərbaycan yığmasına uğurlar arzulayıram. İllər əvvəl Qurban Qurbanov və Arif Əsədovla çalışmışam. Qurban Qurbanov Azərbaycan A millisində bir şans əldə etdi. Məncə, Azərbaycan futbolu da milli komandada Arif Əsədova da bir şans verməlidir".

41 yaşlı mütəxəssis “Karaceby Belediyyespor”, “1461 Trabzon”, “Ankaraspor”. “Adıyaman 1954”, “Batman petrol”, “Göztəpə”, “Dersimspor” klublarında işləyib.

Digər Xəbərlər
Xəbər Lenti