COP29

AFFA-nın baş katibinin millidə görmək istədiyi 3 NAMİZƏD - VİDEO

5 Dekabr 2023 15:00 Milli komanda 13 192
AFFA-nın baş katibinin millidə görmək istədiyi 3 NAMİZƏD - VİDEO

«Millinin qapıları yerli məşqçilərin üzünə bağlıdır».

Futbol eksperti Emin Abbasov belə bir iddia ilə çıxış edib.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində ölkənin əsas yığması ətrafında dolaşan söz-söhbətlərə münasibət bildirib.

Tanınmış teleşərhçi deyib ki, AFFA-nın baş katibi Sərxan Hacıyev komandanın azərbaycanlı mütəxəssislərdən birinə tapşırılmasına tərəfdardır.

Abbasov bu siyahıda Qurban Qurbanov, Rəşad Sadıqov və Samir Abasov kimi namizədlərin olmasını diqqətə çatdırıb.

Bununla belə, vurğulayıb ki, AFFA rəhbərliyində yer alan bəzi şəxslər qətiyyətlə bu planın icrasının əleyhinədir.

Onların əcnəbi sevdalısı olmasına diqqət çəkən ekspert söyləyib ki, Canni De Byazini əvəzləyəcək məşqçinin ölkə xaricində seçilməsi şübhəli məqamdır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti