COP29

Azərbaycanı arzuolunmaz rəqiblər hesab edir - Rumınlar

4 Dekabr 2023 23:20 Milli komanda 7 748
Azərbaycanı arzuolunmaz rəqiblər hesab edir - Rumınlar

Rumıniya yığması UEFA Millətlər Liqasının 2024/2025 mövsümündə Azərbaycanla qarşılaşmaq istəmir.

Sportinfo.az xəbər verir ki, millimiz C Liqasında çıxış edəcək rumınlar üçün çətin rəqib hesab edilir.

Yerli federasiya Azərbaycanla yanaşı, Şimali Makedoniya və Litvanı da arzuolunmaz rəqiblər hesab edir. Onlar Farer adaları, Kipr və Estoniyadan ibarət qrup arzulayırlar.

Millətlər Liqasında yeni mövsümün püşkatma mərasimi 2024-cü il fevralın 8-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq. Azərbaycan yığması C Liqasının II səbətində yer alacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"