COP29

Qurban Qurbanov və digərlərinə təklif göndərmək lazım deyil - O, yenə "STOP" qoydu!

4 Dekabr 2023 16:00 Milli komanda 2 368
Qurban Qurbanov və digərlərinə təklif göndərmək lazım deyil -  O, yenə "STOP" qoydu!

Millinin yeni baş məşqçisinin kimliyini müəyyənləşirmək məqsədilə yaradılan AFFA-nın İşçi Qrupunun bu həftə bir araya gəlməsi gözlənilir.

Federasiyada bununla bağlı məşvərət keçirilib.

Qurumun vitse-prezidenti Elşad Nəsirov məsuliyyəti öz üzərinə götürmək istədiyini bildirib. O, Canni De Byazini əvəzləyəcək namizədlər arasında heç bir yerli mütəxəssisi görmədiyini söyləyib.

2004-cü ildən etibarən AFFA-da rəhbər vəzifə tutan və ötən müddətdə əsasən millilərlə əlaqəli işlərdə böyük söz sahibi olan Nəsirov iddia edib ki, Qurban Qurbanov da daxil, heç bir azərbaycanlı çalışdırıcı yığmanın sükanı arxasına keçməməlidir.

Vitse-prezident deyib ki, onlara təklif göndərmək, danışıqlar aparmaq lazım deyil, millinin növbəti baş məşqçisi xaricdən gəlməlidir. Rusiya, İtaliya, Xorvatiya kimi ölkələrdən olan mütəxəssislərə üstünlük vermək gərəkdiyini söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti