COP29

Orxan Məmmədovun Avropa çempionatından gözləntisi nədir?

4 Dekabr 2023 14:40 Milli komanda 381
Orxan Məmmədovun Avropa çempionatından gözləntisi nədir?

Minifutbol üzrə növbəti Avropa çempionatının məkanı müəyyənləşib.

Qitə birinciliyi 2024-cü ildə Bosniya və Herseqovinada təşkil olunacaq.

Turnir iyunun 1-9-u aralığında Sarayevo şəhərində keçiriləcək.

2022-ci ildə Slovakiyanın evsahibliyi etdiyi son Avropa çempionatının qalibi Azərbaycan millisidir.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov qarşıdakı yarışla bağlı gözləntilərini açıqlayıb:

«Komandamız Bosniyaya son çempion statusuyla yollanacaq. Bizi bir-birindən güclü rəqiblər gözləyir.

Yaxşı hazırlaşmalıyıq. Futbolda turnirlər arasında məsafə uzundur, minifutbolda isə əksinə.

Bir turnir qurtarandan sonra digərinə hazırlaşmaq lazım gəlir.

Mən inanıram ki, millimiz ötən dəfə olduğu kimi, yenə bizləri sevindirəcək. Federasiya olaraq komandanın yüksək səviyyədə hazırlıq keçməsi üçün lazımı şərait yaradacağıq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti