COP29

AFFA-ya yeni rəhbərlik gəlsə, bu baş məşqçini millidə saxlayacaqmı? - VİDEO

3 Dekabr 2023 17:45 Milli komanda 1 824
AFFA-ya yeni rəhbərlik gəlsə, bu baş məşqçini millidə saxlayacaqmı? - VİDEO

«Bu AFFA rəhbərliyi milliyə məşqçi təyin etməli deyil».

Futbol eksperti Emin Abbasov bu fikirlə çıxış edib.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində hazırkı AFFA rəhbərliyinin yığmanın yeni sükançısının kimliyini müəyyənləşdirməli olmadığını bildirib.

Tanınmış teleşərhçi deyib ki, indiki məqamda tələsmək lazım deyil:

«Gələn ilin martında AFFA-nın prezidenti postuna seçkilər keçəiriləcək. Böyük ehtimalla, federasiyada rəhbərlik dəyişəcək

. İcraiyyə Komitəsinin hazırkı tərkibi də həmçinin. Milli həmin vaxt yoxlama oyunları keçiriləcək.

Rəsmi oyunlar isə sentyabrdadır. Tələsməyə nə ehtiyac var?

Bəlkə yeni rəhbərlik indi AFFA-nın seçdiyi baş məəşqçiylə işləmək istəməyəcək?

Kompensasiya məsələsi var. Buna görə bir seçmə mərhələni gözləməli olacaqlar».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!