COP29

"Azərbaycanda pul çoxdur, amma əsas sual budur - O, milliyə gedəcəkmı?"

2 Dekabr 2023 16:20 Milli komanda 1 157
"Azərbaycanda pul çoxdur, amma əsas sual budur - O, milliyə gedəcəkmı?"

Rusiya millisinin sabiq çalışdırıcısı Hacı Hacıyev Stanislav Çerçesovun Azərbaycan komandasının baş məşqçisi vəzifəsinə mümkün təyinatı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, bu haqda Rusiya mətbuatına danışıb.

Hacı Hacıyevin fikrincə, Azərbaycan futbolunun səviyyəsi yaxşıdır:

“Ora nəticə qazanmaq niyyəti ilə getmək olar. Çerçesov bu yaxınlarda dedi ki, çalışacağı komandada ambisiya və məqsəd onun üçün önəmlidir.

Azərbaycan millisinin ambisiyaları var. Onların çempionatı əvvəlkindən də ciddiləşib.

Artıq rusiyalı mütəxəssisimiz Murad Musayev orada işləyir. Bu mövzuda danışmaq olar.

Amma əsas odur ki, Çerçesov ora gedəcəkmı? Bəlkə də bu, onu maraqlandırmır.

Amma maraqlanırsa, Çerçesovun orada yaxşı nəticələr qazanmaq bacarığı var.

O, Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər. Bunun üçün ilkin şərtlər var, amma məndən soruşsanız, başqa söz deyəcəm.

Rusiya çempionatında da belə mütəxəssislərə ehtiyacımız var. Hesab edirəm ki, Çerçesov ixtisaslı mütəxəssisdir, rusiyalıdır, o, bizim liqamıza lazımdır”.

Hacıyev həmçinin qeyd edib ki, bütün post-ittifaq respublikalarında futbol yaxşı inkişaf edir:

“Qazaxıstan Avro-2024-ün seçmə mərhələsində yaxşı çıxış etdi, Özbəkistanda çoxlu istedadlı gənclər, Gürcüstanda isə Kvaratsxeliya var.

Düzdür, Azərbaycanda belə parlaq ulduzlar və nailiyyətlər yoxdur. Orada kifayət qədər ciddi futbol oynayırlar və çoxlu pul yatırırlar.

Bunun üçün sistem qurulmalı, daxili çempionat normal səviyyədə keçməli, yaxşı oyunçular hazırlanmalıdır. Azərbaycanda bu istiqamətdə irəliləyiş var, amma bu, qonşu komandalar səviyyəsində deyil”.

Qeyri-rəsmi məlumata görə, Çerçesov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizədlər sırasındadır. Amma bununla bağlı rəsmi məlumat yoxdur.

60 yaşlı Çerçesov Rusiyanın əməkdar məşqçisidir. Onun rəhbərliyi altında Rusiya millisi DÇ-2018-in 1/4 finalına yüksəlib. Çerçesovun son klubu “Ferensvaroş” (Macarıstan) olub.

Digər Xəbərlər
Xəbər Lenti