COP29

Millinin yeni baş məşqçisi o olmalıdır - Tanınmış funksionerdən KONKRET AÇIQLAMA

2 Dekabr 2023 14:40 Milli komanda 9 841
Millinin yeni baş məşqçisi o olmalıdır - Tanınmış funksionerdən KONKRET AÇIQLAMA

«Ümumiyyətlə, yeni baş məşqçi təyin etməmişdən qabaq biz onu müəyyənləşdirməliyik ki, biz yığmayla nə etməliyik?

Burada məqsədi bilmək çox vacibdir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında futbol funksioneri Səbuhi Səfiyarlı deyib.

Bilindiyi kimi, Canni De Byazinin 2020-c ildən başlayan Azərbaycan macərası bugünlərdə başa çatıb. Ardıcıl uğursuzluqlardan sonra AFFA ilə yeni müqavilə bağlamaq istəməyən italiyalını kimin əvəzləyəcəyi hamını maraqlandıran suala çevrilib.

Federasiyanın bu məqsədlə yaratdığı İşçi Qrupunun nə vaxt qərar verəcəyi də hələ bilinmir. Mediada isə hər gün bir namizədin adı hallanır. Əksəriyyəti də əcnəbidir.

Vaxtilə «Neftçi», «Şamaxı» və «Qəbələ»də uğurlu fəaliyəti ilə özünü isbat etmiş, hazırda isə «Cəbrayıl»da direktor postunu tutan idarəçinin məsələyə öz baxışı var.

O, yerli çalışdırıcını yığmanın sükanı arxasına gətirmək ən uğurlu variant olar:

«Komandanın növbəti seçmə mərhələdə qrupdan çıxması çətin görünür. Mən bunu deməklə qeyri-adi fikir söyləmiş olmuram.

Qarşıdakı Millətlər Liqası heç yerə vəsiqə vermir. Odur ki, qarşıdakı yarış və növbəti dünya çempionatının seçmə mərhələsinə hazırlıq dövrü kimi götürülməlidir.

Daha sonrakı Millətlər Liqasının çeçmə mərhələsində uğurlu çıxış etmək üçün bu, vacib perioddur. Həmin müddətdə onu müəyyənləşdirməliyik ki, millidə nə çatmır.

Məncə, çatışmayan şey komanda ruhunun, komanda xarakterinin olmamasıdır. Ayrı-ayrılıqda çox yaxşı futbolçularımız var.

Amma biz onu komanda şəklində ortaya qoya bilmirik. Keçmiş baş məşqçinin ən böyük səhvi də budur.

Bu millidə o ruhu, o xarakteri yalnız yerli məşqçi yarada bilər. Onur da böyük nüfuzu olmalıdır.

«Yerli məşqçidir» deyib, hər adamı da ora qoymaq olmaz. Bunu Azərbaycan futbolunda şəxsiyyət sayılan adam etməlidir.

Həmin şəxs gələndən, o xarakteri formalaşdırandan sonra komandanın qarşısına konkret məqsəd qoya bilərik. Kimlər o xarakterə cavab verə bilməyəcəksə, onları millidən uzaqlaşırmaq, yeniləri dəvət etmək lazımdır.

Bütün bunlara aydınlıq gətiriləndən sonra baş məşqçi seçimində bir qərar verilməlidir. Yerli və xarici deyə, bir meyar olmamalıdır.

Meyar o olmalıdır ki, biz yeni baş məşqçidən nə istəyirik. Adətən, bir yerdə işə götürən şəxs işə götürəcəyi şəxs üçün müəyyən kriteriyalar müəyyənləşdirir.

Biz də baş məşqçi üçün bu meyarları dəqiqləşdirməliyik. Mən burada «biz» deyəndə, cavabdeh şəxsləri nəzərdə tuturam.

Ona baxmalıyıq ki, bu meyarlara kim cavab verə bilər. Məhz ondan sonra ola bilər, yeri gətirilsin.

Ola da bilər ki, əcnəbi gətirilsin. Mənim şəxsi fikrimcə, üstünlük yerli müətəxəssisə verilməlidir».

Digər Xəbərlər
Xəbər Lenti