COP29

"Əcnəbi məşqçilər müqavilə bağlana qədər çox şey vəd edirlər" - VİDEO

1 Dekabr 2023 16:00 Milli komanda 413
"Əcnəbi məşqçilər müqavilə bağlana qədər çox şey vəd edirlər" - VİDEO

«Bura gələn məşqçilər əvvəlcə şirin vədlər verirlər».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Azərbaycan yığmasına dəvət olunan əcnəbi mütəxəssislərin mövqeyi barədə danışıb.

Tanınmış teleşərhçi bildirib ki, xaricilər bir qayda olaraq eyni sözləri danışırlar:

«Məsələn, Nikola Yurçeviç ilk vaxtlar deyirdi ki, bu komandayla qrupda birinci yer tutmaq olar. Amma seçmə mərhələdə cəmi 1 xal topladı.

Gələndə çox vədlər versələr də, hamısı vaxtı çatanda deyir ki, futbolçuların səviyyəsi aşağıdır. AFFA yenə kənardan kimisə gətirsə, eyni şey olacaq.

Seçim edəndə futbolçuların da fikrini soruşmaq lazımdır ki, siz kimi istəyirsiz? Çünki milli və klublara məşqçi seçmək metodu tam fərqlidir».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!