COP29

Rövnəq Abdullayev millinin baş məşqçi postuna əsas namizədini açıqladı - SON DƏQİQƏ

28 Noyabr 2023 13:00 Milli komanda 22 329
Rövnəq Abdullayev millinin baş məşqçi postuna əsas namizədini açıqladı - SON DƏQİQƏ

AFFA prezidenti Rövnəq Abdullayevin millinin baş məşqçi postunda kimi görmək istəməsi bəlli olub.

O, İcraiyyə Komitəsinin üzvləri ilə söhbətində ürəyindəki namizədin adını dilə gətirib.

Federasiya başçısı Qurban Qurbanovu yenidən yığmanın sükanı arxasında görməyi arzuladığını bildirib. Abdullayev deyib ki, Canni De Byazinin 3 illik uğursuz fəaliyyəti düşünmək üçün ciddi əsas verir.

AFFA-nın birinci şəxsi uzun illərdir ölkənin əsas komandasını müxtəlif əcnəbilərə tapşırdıqlarını, onların üzücü nəticələrə imza atdığını xatırladıb və qeyd edib ki, nəhayət, bu imkanı yerli mütəxəssislərdən birinə tapşırmaq lazımdır.

Abdullayev vurğulayıb ki. azərbaycanlı məşqçilər arasında ilk təklif Q.Qurbanova edilməlidir. O, şəxsən bu məsələni nəzarətə götürəcəyini, «Qarabağ»ın sükançısı ilə danışıqlar aparacağını söyləyib.

Qurbanovla bağlı təklifi Sərxan Hacıyev də dəstəkləyib. AFFA-nın baş katibi bu variantın üzərində dayanmağın vacibliyini bildirib.

AFFA Azərbaycan millisinin yeni baş məşqçisi məsələsi ilə bağlı ilk dəfə xüsusi İşçi Qrupu yaradıb. Hacıyev qrupun rəhbəri seçilib. İşçi Qrupu baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirəcək.

Onlar tərəfindən baş məşqçi vəzifəsi ilə bağlı təkliflər veriləcək. Hər bir amil detallı şəkildə amil nəzərə alınaraq və analiz olunaraq İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq və qəti qərar veriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"