COP29

DİQQƏTLƏ BAXIN: "Bu futbolçunun millidə nə işi var?" - VİDEO

27 Noyabr 2023 19:00 Milli komanda 704
DİQQƏTLƏ BAXIN: "Bu futbolçunun millidə nə işi var?" - VİDEO

«Belçika ilə oyun xaos idi».

Bu fikir futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Eddi İsrafilovun yığmanın əsas heyətində Belçikaya qarşı oynamasına sərt narazılıq bildirib.

Tanınmış teleşərhçi deyib ki, milliləşdirilmiş yarımmüdafiəçi Premyer Liqanın ilk 13 həftəsində üst-üstə 54 dəqiqə «Neftçi»nin formasını geyinib və hazırlıq səviyyəsi çox aşağıdır.

Abbasov qeyd edib ki, Brüselldə qeydə alınan 0:5 hesablı məğlubiyyət Canni De Byazinin passivinə yazılmalıdır, çünki baş məşqçi yanlış əsas heyət və taktiki seçimləri ilə ev sahiblərinin işini asanlaşdırıb:

«Mənə maraqlı gələn odur ki, zədədən yeni qayıdan, hazırlığı qaydasında olmayan Eddi əsas heyətdə nə gəzirdi?

Eddi hazır olmadığı üçün aqressiv idi, tez-tez səhvlərə yol verirdi. Qısa arayla iki sarı vərəqəni də buna görə aldı.

De Byazi onun yerində Coşqun Diniyevə şans verməliydi. Ümumiyyətlə, De Byazinin milli ətrafında yaratmaq istədiyi obraz sabun kaöpüyündən başqa bir şey deyil».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!