"Hamı "döşəyir”, mənim danışmağımın nə mənası var?"

27 Noyabr 2023 08:40 Milli komanda 798
"Hamı "döşəyir”, mənim danışmağımın nə mənası var?"

AFFA millimizin baş məşqçisi Canni De Byazi ilə yolları ayırdı.

İtalyan mütəxəssislə başa çatan müqavilə yenilənmədi.

Qurum artıq yeni məşqçi axtarışlarına başlayıb, hətta bunun üçün işçi qrupu da yaradıb. Bəs millinin başına yenidən əcnəbi, yoxsa, yerli məşqçi gətirilməlidir?

Sportinfo.az xəbər verir ki, veteran futbolçu Musa Qurbanov Qaynarinfo-ya açıqlamasında bu sualı belə cavablandırıb:

"Bu barədə çox danışmaq istəməzdim. Onsuz da fikirlər səsləndirilir, deyənlər, sözlərini deyir.

Hamı "döşəyir”, mənim danışmağımın nə mənası var? Həm də milliyə cavabdeh olan şəxslər var.

Ümumiyyətlə həmişə millidə əcnəbi məşqçilərin əleyhinə olmuşam. Bunu təkcə Azərbaycan üçün demirəm.

Bunlar hamısı reklam xarakterlidir. Niyə yerlilərə güvənilməməsinin səbəbini AFFA-dan soruşmaq lazımdır. Yəqin ki, onlar daha yaxşı bilir”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Fevral 17:50 Çək və bizə göndər!
23 Fevral 13:40 Tanrının ikinci qolu...