Azərbaycan millisi tarixinin 17-ci baş məşqçisi olan Canni De Byazi ilə ötən gün yollar ayrılıb.
Sportinfo.az xəbər verir ki, “report”un araşdırmasına görə, italiyalı yığmanın “sükanı arxasında" olan 6-cı əcnəbi kimi yadda qalacaq.
Növbəti baş məşqçi milli tarixinin ya 12-ci yerli, ya da 7-ci əcnəbi çalışdırıcısı olacaq.
Canni De Byazi yığmamızı ən çox meydana çıxaran ikinci mütəxəssisdir. O, yalnız almaniyalı Berti Foqtsdan geri qalır. Milli 2008-2014-cü illərdə almaniyalının rəhbərliyi altında 71 qarşılaşmada iştirak edib.
Nəticə baxımından isə italiyalı faiz etibarilə milli tarixinin 5-ci uğurlu məşqçisidir. Komanda onun başçılığı altında keçirdiyi 39 matçda 10 qələbə və 8 heç-heçəyə imza atıb.
Bu, mümkün 117 xaldan 38-i deməkdir. Yəni millimiz De Byazi ilə orta hesabla hər qarşılaşmada 0,32 xal toplayıb.
Bu mənada ən uğurlu baş məşqçi Ələkbər Məmmədov olub. Düzdür, millimiz onun rəhbərliyi altında cəmi 4 görüşdə meydana çıxıb.
Həmin qarşılaşmalardan 3-də qələbə qazanan futbolçular 1 dəfə rəqiblə bərabərə qalıblar. Yəni Ələkbər Məmmədovun rəhbərliyi altında orta hesabla hər oyunda 0,83 faiz xal qazanılıb.
Yer |
Məşqçi |
O |
Q |
H |
M |
T/F |
X |
Faiz |
1 |
Ələkbər Məmmədov |
4 |
3 |
1 |
0 |
9-5 |
10 |
0,83 |
2 |
Qurban Qurbanov |
12 |
4 |
5 |
3 |
14-12 |
17 |
0,47 |
3 |
Robert Prosineçki |
23 |
6 |
6 |
11 |
22-37 |
24 |
0,35 |
4 |
Şahin Diniyev |
20 |
4 |
7 |
9 |
12-36 |
19 |
0,32 |
5 |
Canni De Byazi |
39 |
10 |
8 |
21 |
34-56 |
38 |
0,32 |
6 |
Kazbek Tuayev |
13 |
3 |
3 |
7 |
8-19 |
12 |
0,31 |
7 |
Berti Foqts |
71 |
15 |
22 |
34 |
56-104 |
67 |
0,31 |
8 |
Vaqif Sadıqov |
33 |
7 |
9 |
17 |
22-48 |
30 |
0,30 |
9 |
Karlos Alberto Torres |
18 |
2 |
6 |
10 |
12-36 |
12 |
0,22 |
10 |
Əsgər Abdullayev |
13 |
1 |
4 |
8 |
8-24 |
7 |
0,18 |
11 |
İqor Ponomaryov |
15 |
2 |
2 |
11 |
8-24 |
8 |
0,18 |
12 |
Nikola Yurçeviç |
10 |
1 |
2 |
7 |
8-20 |
5 |
0,17 |
13 |
Əhməd Ələsgərov |
9 |
1 |
1 |
7 |
9-28 |
4 |
0,15 |
14 |
Qyoko Haciyevski |
3 |
0 |
1 |
2 |
1-3 |
1 |
0,11 |
15 |
Mahmud Qurbanov |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
0 |
16 |
Nazim Süleymanov |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
0 |
17 |
Ağasəlim Mircavadov |
9 |
0 |
0 |
9 |
3-29 |
0 |
0 |