COP29

"Azərbaycan bütün oyunu müdafiə olundu, əks-hücumlara çıxa bilmirdik"

27 Noyabr 2023 01:00 Milli komanda 402
"Azərbaycan bütün oyunu müdafiə olundu, əks-hücumlara çıxa bilmirdik"

Ukraynanın U-21 yığmasının hücumçusu İlya Kvasnitsa AVRO-2025-in (U-21) seçmə mərhələsində Azərbaycan yığması üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, “Rux”un forvardı klubun rəsmi saytına açıqlamasında bunları deyib:

“Ukrayna U-21 yığmasının əhval-ruhiyyəsi əladır. Çünki biz seçmə mərhələnin 5 oyunun hamısında qalib gəlmişik.

Təbii ki, bunlar asan oyunlar deyildi. Məsələn, Azərbaycan bütün oyunu müdafiə olundu, əks-hücumlara da çıxa bilmədik.

Çünki biz yalnız mövqe hücumları edirdik. Lüksemburqa qarşı isə fərqli oldu, onlar hücuma çıxmağa cəhd edirdilər.

Nəticədə komandamız yaranan boş zonalardan istifadə etdi”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"