COP29

“Millimiz meydanda yox idi., heç kim belə gözləmirdi”

27 Noyabr 2023 20:20 Milli komanda 414
“Millimiz meydanda yox idi., heç kim belə gözləmirdi”

“İsveçlə oyunda komandamız yalnız qələbə qazanmamışdı, həm də yaxşı oyunla yadda qalmışdı.

Parlaq qələbədən sonra yığmaya ümidlər çoxalmışdı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Rahid Əmirquliyev dilə gətirib.

Milli komandamızın sabiq futbolçusu amma gözləntilərin əksinə olaraq Belçikada ağır məğlubiyyət (0:5) yaşandığını sözlərinə əlavə edib:

“Belçika ilə oyun haqda hansısa müsbət bir şey danışmaq mümkün deyil. Demək olar ki, İsveçlə oyunun tam tərsi oldu.

Biz İsveç üzərində yaxşı qələbədən sonra Belçikada ən azı yaxşı oyun gözləyirdik. Amma olmadı.

Düzdür, Eddi İsrafilov qırmızı vərəqə aldı, lakin ona kimi də millimiz meydanda yox idi.

İsveç üzərində elə qələbədən sonra heç kim belə oyun gözləmirdi. Təəssüf ki, çox zəif oyunla ağır məğlubiyyət aldıq”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!