Azərbaycan yığması Litvaya güc-bəla ilə qalib gəldi

9 İyul 2023 02:00 Milli komanda 937
Azərbaycan yığması Litvaya güc-bəla ilə qalib gəldi

Bakıda DÇ-2023-ün Avropa zonası üzrə seçmə mərhələ oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, A qrupunda sonuncu yeri tutan Azərbaycan millisi Litva ilə qarşılaşıb.

Zeynal Zeynalovun rəhbərlik etdiyi kollektiv Litvaya çətinliklə qalib gəlib. Sabah millimiz 13-14-cü yerlər uğrunda İsveçrə ilə qarşılaşacaq.

Azərbaycan millisi bundan əvvəl Moldova (1:3), Estoniya (4:7) və İtaliyaya (2:3) məğlub olub.

Azərbaycan - Litva 3:2
Qollar: Məmmədov, 3 (1:0), Əliyev, 15 (2:0), Manafov, 33 (3:0)

Azərbaycan: Vaqif Şirinbəyov, Amid Nəzərov, Orxan Məmmədov, Comərd Baxşəliyev, Sabir Allahquliyev - Elçin Qasımov, Rafiq Kərimov, Elşad Manafov, İsa Zeynallı, Fuad Hüseynov, Ramil Əliyev, Kamran Qürbətov, Hüseyn Axundov, Tural Qürbətov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti