“Botafoqo”nun sabiq hücumçusu Premyer Liqamızda – 2 illik müqaviləyə imza atdı

7 İyul 2023 00:50 Milli komanda 1 224
“Botafoqo”nun sabiq hücumçusu Premyer Liqamızda – 2 illik müqaviləyə imza atdı

"Turan Tovuz" növbəti transferini həyata keçirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi Luis Henrike Paçu Liranı transfer edib.

27 yaşlı braziliyalı futbolçu ilə 2 illik rəsmi müqavilə bağlanıb.

Son mövsümü Portuqaliya “Trofense”sində keçirən hücumçu karyerası ərzində Braziliyanın “Botafoqo”, “Santa Kruz”, “Boavişta”, “Lemense”, “Sianorte” klublarının formasını geyinib.

"Turan Tovuz" bundan əvvəl Aydın Bayramov, Fərid Nəbiyev, Sərtan Taşkın, Martin Detelinov Petkov, Bruno Qonçalves, Paçu Lira, Otto Conu transfer edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti