"Roma"nın oyunçusu: "Azərbaycan millis bizə şansı verdi ki…"

15 Oktyabr 2023 18:10 Milli komanda 707
"Roma"nın oyunçusu: "Azərbaycan millis bizə şansı verdi ki…"

Estoniya millisinin yarımmüdafiəçisi Martin Vetkal AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Azərbaycan yığmasına qarşı keçirilmiş görüşü şərh edib.

Sportinfo.az xəbər verir ki, "Soccernet"ə açıqlama verən "Roma"nın gənclərdən ibarət komandasının üzvü Tallində millimizə məğlubiyyət (0:2) haqda bu cür danışıb:

"Debütümdən məmnunam, amma vəziyyət heç də istədiyimiz kimi deyil. Azərbaycan millisinin bizə ilk hissədə oynamaq şansı verdiyi aydın idi.

Ancaq nədənsə daha uzun ötürmələrə üstünlük verdik. Azərbaycanlıların ilk hissədə iki şansı oldu və onları əldən vermədilər.

İkinci hissədə kifayət qədər çox hücum etdik və şanslarımız yarandı, lakin top hədəfə çatmad. Uşaqlara zəhmətlərinə görə təşəkkür edirəm".

"Kalev"in yetirməsi olan Vetkal 2020-ci ildən "Roma"da oynayır. O, "canavarlar"ın gənclərdən ibarət komandasının üzvüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti