“Azərbaycanla başlanğıc fitindən belə oynasaydıq, nəticə başqa cür olardı”

15 Oktyabr 2023 00:50 Milli komanda 570
“Azərbaycanla başlanğıc fitindən belə oynasaydıq, nəticə başqa cür olardı”

Estoniya yığmasının müdafiəçisi Maksim Paskoçi Avro-2024-ün seçmə mərhələsinin 7-ci turunda Azərbaycan yığmasına uduzmaqlarını (0:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, görüşün 2-ci hissəsində daha yaxşı çıxış etdiklərini vurğulayıb:

“Birinci hissədə vurulan qollar yenə həlledici oldu. Biz özümüz Azərbaycan üçün bu imkanı yaratdıq.

Düşünürəm ki, 2-ci hissədə daha yaxşı çıxış etdik, daha çox topla oynadıq. Başlanğıc fitindən belə oynasaydıq, nəticə başqa cür olardı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti