“Ona muştuluq! Daha 2 il Azərbaycan millisində!”

14 Oktyabr 2023 23:00 Milli komanda 3 481
“Ona muştuluq! Daha 2 il Azərbaycan millisində!”

Azərbaycan millisi AM-2024-ün seçmə mərhələsində ilk qələbəsini qazandı.

Ölkənin bir nömrəli futbol komandası iyunda Bakıda bərabərə qaldığı Estoniyanı Tallində 2:0 hesabı ilə məğlub etməklə üzləri güldürdü.

Lakin qələbə heç də hər kəsin könlünü şad etmədi. Buna təsadüfi qalibiyyət deyənlər oldu,

Estoniyanın zəif olduğunu iddia edənlər tapıldı, yığmamızın bu cür rəqibləri məğlub etməyə borclu olduğunu deyənlər də tapıldı.

Qısası, Canni de Byazinin rəhbərlik etdiyi kollektivin parlaq qələbəsi gələcək adına ümid verməkdən çox insanların canına qorxu salıb.

Ki, sıradan zəfər italiyalı çalışdırıcının daha bir neçə il postunda qalmasına şərtləndirər, futbolçular Tallindəki qələbəni böyük hadisəyə çevirər və sair.

Elə isə, futbolsevərlərin milli komandanın sosial şəbəkə hesabındakı qələbə postuna yazdığı şərhlərə diqqət yetirək:

“Dünyanın sonu çatıb deyəsən”.

“Vay, möcüzə. Allah axırımızı xeyir eləsin”.

“SübhanAllah. İlk dəfə görənlər bəyənsin”.

“Bu gün metrodan aldığım 1 manatlıq qulaqcığın 1 yaşını qeyd edəndə, bildim ki, qəribə bir şey baş verəcək”.

“Təbriklər! Hər şey əladır, qalır futbol oynamaq”.

“Belə qələbə olanda necə sevinirlər? Kimsə sevinməyin yolunu bilir?”

“De Byaziyə muştuluq. Daha 2 il millidə!”

“Bizimkilər niyə belə sevinirlər? Bilən var”.

Azərbaycan seçməsi qrupda növbəti görüşünü oktyabrın 16-da Avstriya millisinə qarşı keçirəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti