Milllimizin növbəti ev oyunu moldovalılara tapşırıldı

15 Oktyabr 2023 09:00 Milli komanda 1 068
Milllimizin növbəti ev oyunu moldovalılara tapşırıldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində Lüksemburq ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "Azərsun Arena”da keçiriləcək görüşü moldovalı Dumitri Muntean idarə edəcək.

Denis Oala və Sergey Boqdan köməkçi hakim, İqor Bosca isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.

Oktyabrın 17-də reallaşacaq görüş saat 18:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti