Məşhur məşqçi Azərbaycan millisindən 1 cümlə danşdı

14 Oktyabr 2023 11:20 Milli komanda 2 445
Məşhur məşqçi Azərbaycan millisindən 1 cümlə danşdı

"Azərbaycan millisi topa çox yaxşı sahib olmağa çalışan komandadır".

Sportinfo.az xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik oktyabrın 16-da Bakıda Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

Almaniyalı mütəxəssis həmin görüşdə final mərhələsinə vəsiqəni təmin etmək istədiklərini bildirib:

"Bu, fərqli matç olacaq. Qarşılaşmaya elə yanaşacağıq ki, hər şeyi özümüz həll edə bilək".

Oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq oyun saat 20:00-da başlayacaq.

Avstriya ötən gün Belçikaya evdə 2:3 hesabı ilə uduzub, Azərbaycan isə səfərdə Estoniyaya qalib gəlib - 2:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti