Azərbaycan millisi AVRO-2024-də ilk qələbəsini qazandı!

13 Oktyabr 2023 21:57 Milli komanda 984
Azərbaycan millisi AVRO-2024-də ilk qələbəsini qazandı!

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində beşinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Tallində Estoniyanın qonağı olub.

“A. Le Koq Arena”da oynanılan qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə bitib.

Matçda hesab 9-cu dəqiqədə açılıb. Elvin Cəfərquliyevin sol cinahdan ötürdüyü topu Toral Bayramov başla tora göndərib.

45+4-cü dəqiqədə fərq iki topa çatıb. Bu dəfə Ramil Şeydayev qazanılan penaltini dəqiq yerinə yetirib.

Qarşılaşmanın ikinci hissəsində komandaların cəhdləri bir nəticə verməyib və millimiz seçmə mərhələdə ilk qalibiyyətini əldə edib.

Bununla F qrupunda yer alan Azərbaycan yığması xallarının sayını 4-ə yüksəldib. Sonuncu pillədəki Estoniya isə 1 xalda qalıb.

20:00. Estoniya - Azərbaycan 0:2

QOL: Toral Bayramov 9, Ramil Şeydayev, 45+4-pen.

Baş hakim: Robert Şröder.

Tallin. "A. Le Koq Arena".

Estoniya: 12. Karl Yakob Hein, 2. Marten Kuusk, 3. Artur Pikk, 4. Mattias Kayt, 6. Rasmus Peetson, 7. Georgi Tunyov, 8. Henri Anier, 13. Maksim Paskotşi, 14. Konstantin Vassilyev (k), 17. Martin Miller, 20. Markus Poom
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 11. Henrik Oyamaa, 15. Martin Vetkal, 16. Marko Lukka, 18. Mixael Lilander, 19. Ken Kallaste, 21. Boqdan Vaştşuk, 23. Vlasi Sinyavski
Baş məşqçi: Tomas Heberli

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Yusif Nəbiyev, 9. Renat Dadaşov, 13. Emil Səfərov, 14. Cəlal Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı
Baş məşqçi: Canni De Byazi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti