Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində 7-ci tur oyununa çıxacaq.
Canni De Byazinin baş məşqçisi olduğu komanda səfərdə Estoniya ilə qarşılaşacaq.
Tallində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Azərbaycan hazırda F qrupunda 1 xalla (4 oyun) 5-ci, Estoniya 1 xalla (5 oyun) 6-cıdır. Bakıdakı matçda 1:1 hesablı heç-heçə edən yığmamız səfərdən 3 xalla dönərsə, ikiqat mükafat qazanacaq.
Futbolçular həm AFFA-dan, həm də federasiyanın prezidenti Rövnəq Abdullayevin özündən «ənam» alacaq. Üst-üstə 15 min manat.
Bunun on mini qurumun payına düşəndir. Qalan vəsaiti də SOCAR-ın keçmiş rəhbəri öz cibindən verəcək.
Artıq bir dəfə belə olub. Milli seçmə mərhələnin Bakıda keçirilən son oyununda Belçikaya 0:1 hesabıyla uduzsa da, futbolçular hərəyə 2500 manat almışdı.
O məbləği də Abdullayev şəxsi büdcəsindən ödəmişdi.
SPORTİNFO.AZ

