Canni De Byazi "Qarabağ" və "Zirə"nin futbolçusunu millidən kənarlaşdırdı

13 Oktyabr 2023 11:00 Milli komanda 2 917
Canni De Byazi "Qarabağ" və "Zirə"nin futbolçusunu millidən kənarlaşdırdı

Azərbaycan millisinin iki futbolçusu AVRO-2024-ün seçmə mərhələsində bu gün Estoniya ilə səfərdə keçiriləcək matçın “23-lüy”ündən kənarda qalıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Canni De Byazi "Zirə"dən Rüstəm Əhmədzadə və "Qarabağ"dan Nəriman Axundzadənin xidmətinə ehtiyac duymayıb.

Adıçəkilən futbolçular Tallindəki "Le Koq Arena"da baş tutacaq qarşılaşmanı tribunadan izləməli olacaqlar. Daha əvvəl "Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov zədə səbəbindən yığmanın toplanışından kənarda qalıb.

Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti