Avro-2024-ün seçmə mərhələsində oktyabrın 13-də Azərbaycan millisi səfərdə Estoniyanın qonağı olacaq.
F qrupunda qərarlaşan komandamızın ilk 5 turdan sonra aktivində cəmi 1 xal var.
Həmin yeganə xalı da məhz Bakıda estonlar önündə əldə etmişik.
İndi isə ümid qələbəyədir. Bəlkə, Canni De Byazinin yetirmələri dişimizə görə olan rəqiblə oyunda azarkeşləri 3 xalla sevindirə bilər.
Deməli, italiyalı mütəxəssisin ifasında alışdığımız müdafiə taktikasın unudub, hücumda çıxış etmək yolunu seçmək mütləqdir.
Qələbənin ən münasib formula budur.
Resurslar da nə qədər desən.
Heyətdə yer alan 10 legionerdən tən yarısı hücum zonasında çıxış edən adlardı.
Və hər biri son dönəmlər klubunda əsas heyət üzvü olan, yaxşı forma yığan simalardı.
Söhbət aşağıdakı adlardan gedir.
Renat Dadaşov – “Hatayspor”un forvardı yeni klubunda əla start götürüb. “Trabzonspor”la görüşdə (3:2) komandasına penal qazandırdısa, son turda “Konyaspor”la matçda (3:1) dubl edərək vacib qələbənin memarı oldu. O, Mauro İkardi, Edin Ceko kimi ulduzların olduğu rəmzi “11-lik”də də yer almışdı.
Mahir Emreli – Zaqreb “Dinamo”sunun hücumçusu bəlkədə klubda ən yaxşı günlərin keçirir. Zədədən başı açılmayan Emreli adətən gününü ehiyat skamiyada keçirirdi. Lakin bu mövsüm elə olduğunu demək olmaz. Düzdü, avrokubok matçlarında futbolçumuzun performansı hələki ürəkaçan deyil. 7 oyun qarşılığında adına cəmi 2 asist yazdıra bilib. Amma Xorvatiya çemepionatında onun adına kifayət qədər yaxşı mənzərə görmək olar. Arxada qalan 9 turda 8 oyun keçirən 26 yaşlı legionerimiz aktivinə 3 qol və 3 asist yazdıra bilib.
Musa Qurbanlı – Yayda “Qarabağ”I İsveç təmsilçisi “Yurqerden”ə dəyişən futbolçumuzun işləri heç də pis getmir. Ona artıq əsas “11-lik” gözü ilə baxılır. 13 matçda meydana çıxan Qurbanlı 3 qol və 1 asistlə yadda qalıb.
Ozan Can Kökçü – Vinger “Eyndhoven”də davamlı oyun şansı qazanır. O, kinci liqada liderlər qrupunda qərarlaşan komandasına meydana çıxdığı 9 oyunda 2 qol vurmaqla fayda verə bilib.
Ramil Şeydayev – Premyer Liqamızın sonuncu bombardirinin Taylandda hər şey ürəyincədir. “Buriram Yunayted”in əsas simalarından hesab olunan həmyerlimiz daha çox cinahda çıxış edir. Əbəs deyil ki, 27 yaşlı sabiq “Qarabağ”lı qol vurmaqdan çox ötürmə etməsi ilə yadda qalır. Onun aktivində 1 qol və 3 asist var.
Gördüyünüz kimi, hücum potensialımız kifayət qədər yaxşıdır. İndi qalır elə də güclü hesab olunmayan rəqib önündə daha cəsarətli olub qalib gəlmək.
XANOĞLAN / SPORTİNFO.AZ

