"Bizə ən böyük çətinliyi onlar yaradacaq"

12 Oktyabr 2023 02:40 Milli komanda 664
"Bizə ən böyük çətinliyi onlar yaradacaq"

Minifutbol üzrə Azərbaycan millisi bu ay BƏƏ-də keçiriləcək dünya çempionatında iştirak edəcək.

Yığma komandamız hazırlıq məqsədilə Türkiyədə toplanış keçdi.

Sportinfo.az xəbər verir ki, millinin baş məşqçisi Elşad Quliyev sportal.az-a müsahibəsində komandanın mundiala hazırlığından söhbət açıb.

- Millinin Türkiyə toplanışə necə keçdi? Sizi razı və narazı salan məqamlar hansılar oldu?

- Hər şey plan üzrə getdi. Komanda verdiyimiz tapşırıqları yerinə yetirdi. Sadəcə yoldaşlıq görüşlərimiz az oldu. Ümumilikdə isə, hazırlıq yaxşı alındı.

- Milliyə dəvət edilən futbolçular "Zirə" və "Birbaşa"nın heyətində ÇL-də iştirak etdilər. Dünya çempionatı öncəsi bu təcrübə yerinə düşdü?

- Əlbəttə ki, bu ancaq bizim millinin xeyrindədir. Hər iki komanda da ÇL-də sona qədər mübarizəsini apardı. Oradakı təcrübə futbolçularımız üçün önəmli oldu.

- Milli yoxlama görüşündə Türkiyənin “Tuncay İdman Yurdu”na 4:3 qalib gəldi. Matç sizin üçün necə keçdi? Komanda istədiyi futbolu nümayiş etdirə bildi?

- Bəli, bu yoldaşlıq matçı bizim üçün təcrübə idi. Çalışdıq ki, bütün futbolçuları yoxlayaq. Hər halda, yoxlama matçları həmişə yaxşıdır. Amma dediyim kimi, yoldaşlıq matçları az keçirdik.

- Komandamızı dünya çempionatına nə qədər hazır hesab etmək olar? Daha çox diqqət etməli olduğunuz məqamlar nədir?

- Milli dünya çempionatına 70 faiz hazırdır. Diqqət yetirdiyimiz məqam oyunçuların bir-birinə öyrəşməsidir. Yoxlama görüşlərində buna da diqqət edirdik.

- Millimizin qrupdakı rəqibləri Küveyt, İraq və Misirdir. Onların hazırlığı, yoxlama matçları ilə maraqlanırsız, yoxsa məlumat tapmaq çətindir?

- Çalışırıq ki, rəqiblərimiz barədə məlumat toplayaq. Yəqin ki, bilirsiz, dünya çempionatında Tunisin əvəzinə Küvüyet iştirak edəcək. Onlar da bizim qrupdadır. Düzü, rəqiblər barədə hansısa məlumat toplamaq çətindir.

- Necə düşünürsüz, bu rəqiblər arasında hansı daha çox bizə çətinlik yarada bilər?

- Hər bir rəqibə qarşı ciddi hazırlaşacağıq. Rəqiblər də yaxşı komandalardır. Məncə, bizə ən çox çətinlik yaradacaq komanda Misir olacaq.

- Millinin dünya çempionatında əsas məqsədi nə olacaq? Avropa çempionluğundan sonra dünya çempionluğunu da qazanmağınız realdır?

- Məqsədimiz mükafatçılar sırasında yer almaqdır. İstənilən rəqib bizimlə oyuna maksimum köklənir. Biz də oyunlara ciddi çıxacağıq və uğurlu nəticə qazanmağa çalışacağıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti