De Byazi sonra danışacaq

12 Oktyabr 2023 03:00 Milli komanda 709
De Byazi sonra danışacaq

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də, Tallin şəhərindəki "Le Kok Arena"da keçiriləcək Estoniya - Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı bəlli olub.

Sportinfo.az xəbər verir ki, oktyabrın 12-də Bakı vaxtı ilə 16:15-də öncə mətbuat önünə Estoniya millisinin baş məşqçisi Tomas Heberli çıxacaq.

17:00-da isə estonların ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi baş tutacaq.

Azərbaycan milli komandasının çalışdırıcısı Canni De Byazi isə 18:00-da mətbuat konfransında iştirak edəcək. Millimizin məşqi 18:30-a təsadüf edəcəl.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO