"Azərbaycan millisində bu sözlərə son vermək lazımdır"

12 Oktyabr 2023 23:40 Milli komanda 728
"Azərbaycan millisində bu sözlərə son vermək lazımdır"

“Milli komandamız haqqında danışmaq çətindir”.

Bu fikirləri Sportinfo.az-a açıqlamasında yığma komandamızın Avropa çempionatının seçmə mərhələsində Estoniya və Avstriya milliləri ilə oyunlarda şanslarını dəyərləndirərkən Vasif Haqverdiyev dilə gətirib.

Yığmanın sabiq üzvü Estoniya üzərində qələbə şansların isə heç də yüksək qiymətləndirməyib:

“Bu gün Avropada asan rəqib yoxdur. Ən kiçik ölkələr belə inkişaf edib.

Təəssüf ki, bizdə hər zaman inkişafdan danışılır, yeni məşqçilər gəlir, şans verilir, amma yenə eyni nöqtədəyik. İrəli addım görünmür.

Bir oyun milli yaxşı oynayırsa deyirik ki, inkişaf var. Bir oyun da pis olan kimi deyirik ki, səhv yoldayıq.

Məncə, bu sözlərə son vermək lazımdır. Bu gün Estoniya millisi ilə sonuncu olmamaq üçün mübarizə aparırıqsa, deməli, hər şey ortadadır.

Qalibiyyət ola bilər. Sözsüz ki, bunu hər bir azərbaycanlı kimi istəyirik.

Lakin bu bizim millinin inkişafının nümunəsi sayıla bilməz. Artıq legioner oyunçularımız da var.

Dünənə kimi deyilirdi ki, legionerlərimiz yoxdur. Pis-yaxşı bu gün artıq var.

Amma bu gün onların bəziləri ehtiyatda oturursa, millli komandada özünü yaxşı tərəfdən göstərə bilmirsə, baş məşqçi istər komanda, istərsə də fərdi şəkildə psixoloji söhbətlər aparılmalıdır.

Şanslar 50-50-dir. Demək olmaz ki, rahatlıqla qələbə qazancağıq”.

Haqqverdiyev sonda Avstriya yığması ilə matç haqqında da qısaca bunları deyib:

“Ardınca daha bir ağır oyun bizi gözləyir. Sözsüz ki, favorit Avstriya millisidir.

Amma bu futboldur, hər şey ola bilər. Həmin qarşılaşmaya hazırlaşmaq Estoniya ilə görüşdəki nəticədən asılı olacaq.

Bizə qalır gözləmək, uğurlar arzulamaq. Düşünürəm ki, milli komandada artıq dəyişikliyin vaxtı çoxdan çatıb. Yəqin ki, bu son akkordlar olacaq”.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti