“Seçmə mərhələnin qarşıdakı turlarında Belçika, Azərbaycan və Estoniyanı məğlub etməliyik”.
Sportinfo.az xəbər verir ki, bunu İsveç millisinin futbolçusu Mattias Svanberq AVRO-2024-ün seçmə mərhələsində keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
24 yaşlı yarımmüdafiəçi final mərhələsinə vəsiqə şanslarının az olmasına baxmayaraq, hələ də ümidini itirmir:
“Seçmə mərhələnin sonuna hələ üç oyun qalır. Hazırda yalnız həmin qarşılaşmalarda qələbə qazanmaq barədə düşünürük.
Avropa çempionatı kimi böyük turnirlərdə iştirak etmək istəyirik. Bunun üçün hər şeyi edəcəyik”.
Oktyabrın 16-da Belçikanın qonağı olacaq İsveç yığması noyabrın 16-da Azərbaycanla səfərdə, 19-da isə Estoniya ilə evdə qarşılaşacaq.

